“Barcelona”ya 3 xalı qazandıran transfer

Bakı, 28 avqust, Sporaz.tv

İspaniya La Liqasında “Barcelona“, “Rayo Vallecano“nu PedriDani Olmonun qollarıyla 2:1 hesabı ilə məğlub edib.

Sporaz.tv xəbər verir ki, La Liqanın 3-cü həftəsində “Barcelona” geri düşdüyü matçda “Rayo Vallecano’”ya 2:1 hesabı ilə qalib gəlib.

Rayo Vallecano matçın əvvəlində Unai Lopesin 9-cu dəqiqədə vurduğu qolu ilə önə keçib və fasiləni 1-0 öndə tamamlayıb.

İkinci hissəyə dəyişikliklə başlayan Barcelonada yeni transfer Dani Olmo ilk dəfə meydana çıxıb.

“Barcelona” 60-cı dəqiqədə Pedrinin qolu ilə hesabı bərabərləşdirib.

Matçın son dəqiqələrində oyun 1-1 bərabərə qaldığı halda, “Barcelona”nın yeni transferi Dani Olmo ilk matçında qol vuraraq komandasına 3 xalı qazandırıb.


Liqanın ilk həftəsində “Valensiya”nı, keçən həftə isə evdə Athletic Bilbao (Atletik Bilbao)-nu məğlub edən “Barselona” 3-cü xalını qazanıb.

Hansi Flickin komandası, keçirdiyi 3 görüşün hamısında 2-1 hesabı ilə qalib gəlib. “Barcelona” həftəsonu liqada evdə “Rayo Vallecano”lə qarşılaşacaq.