Bakı, 27 oktyabr, Sporaz.tv
İspaniyanın “Barcelona” (Barselona) klubunun futbolçusu Lamine Yamal (Lamin Yamal) rekorda imza atıb.
Sporaz.tv “Marca”ya istinadən xəbər verir ki, ispaniyalı oyunçu buna La Liqanın XI turunda keçirilən “Real Madrid” “Barcelona” oyununda fərqlənməklə nail olub.
Belə ki, bununla Lamine Yamal “El Klasiko”da qol vuran ən gənc futbolçu olub.
O bunu 17 yaş 106 günündə bacarıb.
Qeyd edək ki, qarşılaşma “Barselona”nın 4:0 hesablı qələbəsi ilə nəticələnib.