“Barcelona”nın İlkay Gündoğan qərarı

Bakı, 15 iyul, Sporaz.tv

Barcelona“, İlkay Gündoğanın klubdakı gələcəyi ilə bağlı qərarını verib. “Barcelona”nın baş məşqçisi Hansi Flick, İlkay Gündoğanın komandadan ayrılmasına icazə verəcək.

Sporaz.tv xəbər verir ki, “Barcelona”nın yeni baş məşqçisi Hansi Flick, mövsümöncəsi işini davam etdirir. Gələcəyi maraqla qarşılanan İlkay Gündoğanla bağlı Hansi Flickin qərar verdiyi iddia edilib.

Baş məşqçi, oyunçunun gələcəyi ilə bağlı İlkay Gündoğan ilə görüşəcək. İlkay Gündoğan ayrılmaq istəsə, təkliflər dəyərləndiriləcək.

İlkay Gündoğan ötən mövsüm “Barcelona”ya pulsuz transfer olunub. 33 yaşlı alman ulduz, İspaniya yığması ilə 51 oyuna çıxıb və 5 qol vurub, 14 məhsuldar ötürmə edib.