“Barcelona”nın futbolçusu üsyan etdi

Bakı, 19 sentyabr, Sporaz.tv

Avropada futbolçuların sıx matç qrafiki ilə bağlı tənqidləri davam edir. Rodridən sonra Jules Kounde də “Təqvim hər il uzanır, daha çox oyun oynayırıq və daha az istirahət edirik”- deyərək üsyan edib.

Sporaz.tv xəbər verir ki, futbolçuların sıx matç qrafiki ilə bağlı tənqidləri artır. Turnirlərin formatının dəyişdirilməsi, matçların sayının artırılması və futbolçuların istirahət müddətləri Avropada müzakirə mövzusu olub.

Manchester City (Mançester Siti)-nin ulduz yarımmüdafiəçisi Rodrinin ardından “Barcelona“lı Jules Kounde də matç təqviminin futbolçulara mənfi təsir etdiyini bildirib.

Kounde, “Təqvim hər il uzanır, daha çox oyun oynayırıq və daha az istirahət vaxtımız olur. Klublararası dünya çempionatı ilə təxminən 70 matç oynayacağıq. Bu, dəlilikdir” -sözlərini deyib.

Qeyd edək ki, bu mövsüm ilk dəfə yeni format ilə keçirilən Çempionlar Liqasında matçların sayında artım olub.Avrokuboklarda yeni formatla yanaşı, FİFA-nın təşkil etdiyi klublararası dünya çempionatında da dəyişiklik olub və komandaların sayı artırılıb.

Leave a Reply