“Barcelona”dan möhtəşəm qələbə

Bakı, 31 avqust, Sporaz.tv

Raphinhanın het-trik edərək damğasını vurduğu qarşılaşmada “Barcelona” öz meydanında qəbul etdiyi “Valladolid“i 7:0 məğlub etdi.

Sporaz.tv xəbər verir ki, La Liqanın 4-cü həftəsində “Barcelona” “Valladolid”i qəbul edib. Lluis Kompani Olimpiya Stadionunda keçirilən görüşdə meydan sahibləri 7:0 hesabı ilə qalib gəlib.

“Barcelona”ya qələbə qazandıran qolları 20, 64 və 72-ci dəqiqələrdə Raphinha, 24-cü dəqiqədə Robert Lewandowski, 45-ci dəqiqədə Jules Kounde, 82-ci dəqiqədə Dani Olmo və 85-ci dəqiqədə Ferran Torres vurub.

Bu nəticə ilə 4-də 4 edən Kataloniya komandası 12 xalla La Liqada liderliyini davam etdirib. 4 xalı olan “Valladolid” 12-ci pillədə qərarlaşıb.

“Barcelona” fasilədən sonra 5-ci həftədə “Girona”nı qəbul edəcək. “Valladolid” səfərdə “Celta Vigo” ilə qarşılaşacaq.

Bahar Rüstəm