“Barcelona”dan Erling Haaland bombası

Bakı, 5 oktyabr, Sporaz.tv

Manchester City“(Mançester Siti) ilə müqavilənin yenilənməsi danışıqlarını davam etdirən Erling Haaland haqqında təəccüblü iddia ortaya atılıb. “Barcelona”-nın norveçli hücumçu üçün hərəkətə keçdiyi və prezident “Laporta”-nın bu transferə çox razı olduğu bildirilib.

Sporaz.tv məlumat verir ki, transformasiya prosesindən keçən “Barcelona“, ​​ön xəttə şübhəsiz keyfiyyətli bir ad gətirmək istəyir. Bu istiqamətdə işlərini davam etdirən Kataloniya nəhənginin gündəmində 1 nömrəli adın Erling Haaland olduğu iddia edilib.

Robert Lewndowski 36 yaşına çatdığı üçün polşalı hücumçunun yerini şübhəsiz keyfiyyətlə doldurmaq istəyən Erlinq Haalandın ardınca “Barcelona” gəlir. “Manchester City” ilə müqavilənin uzadılması danışıqlarını davam etdirən Haalandın çətin hədəf olduğunu qəbul edən “Barcelona” prezidenti Joan Laporta, hələ də norveçli futbolçu ilə çox maraqlanır.

Laporta“, Barselonanın Erling Haalandı imzalamasını klubun Avropa futboluna qaytaracağına dair güclü bir mesaj olaraq görür.