Bakı, 19 sentyabr, Sporaz.tv
“Barcelona“, La Liqada “Real Madrid”-lə matçda meydana xüsusi forma ilə çıxacaq. Britaniyanın Coldplay qrupunun loqosu “Barcelona”-nın formasının ön hissəsində olacaq.
Sporaz.tv məlumat verir ki, Hansi Flickin rəhbərliyi altında La Liqada liderliyini davam etdirən “Barcelona”, gələn həftə derbidə “Real Madrid“-lə qarşılaşacaq.
“Barcelona”-nın, klubun sponsorlarından biri olan Spotify ilə əməkdaşlığı çərçivəsində derbidə geyiniləcək formaların ön hissəsində İngiltərənin “Coldplay” qrupunun loqosu yer alacaq.
Bildirilib ki, Kataloniya komandasının qadın futbol komandası noyabrın 2-də “Eibar” matçında bu forma ilə meydana çıxacaq.
Məhdud buraxılış formalarından əldə edilən gəlir “Barcelona”-nın Birləşmiş Millətlər Təşkilatı ilə birgə layihəsinə bağışlanacaq.