“Barcelona”da Vitor Rogue krizi

Bakı, 15 may,Sporaz.tv

Madrid,City ,PSG ardından qaçarkən,Barcelonanı seçdi.İndi həm o,həm də klub peşmandır.

Vitor Roque,Braziliya futbolunda son illərdə Endrick ilə birlikdə ən həyəcan yaradan oyunçulardan biridir. Keçən sezon 18 yaşında Athletico Paranaense forması ilə 45 oyuna çıxıb 21 qol,8 assistlə oynadı.Braziliya A milli komandasıyla matça çıxdı. Ardından 40 milyon avroya Barcelonaya getdi.

Fasilələrdə komandaya qoşuldu. Amma, bir problem var idi. Vitor Xavidən istədiyi formanı ala bilmədi. Sadəcə 2-si ilk 11-likdə 310 dəqiqə meydanda qalıb,13 matçda oynadı və 2 qol ata bildi. Braziliyada bütün oyunlarda 3-4-3 oynayan Paranaensenin ən irəli ucdaki adı idi.

Xavi isə 13 matçın 7-sində sol cinahda cəhd etdi. Bu müddətdə alt liqada yetişən Marc Guiu, Fermin Lopez kimi adlar forma şansı tapdı. Bu vəziyyətə üsyan edən Vitor Roquenin meneceri, hələ yarım sezon başa çatmadan ayrılıq siqnalını verdi.Xavinin Vitor ilə heç danışmadığını, vəda vəziyətində bunun kiraliq deyil, bonservisi ilə olacağını açıqladı.

Roquenin Barcelona ilə 2031-ə qədər davam edən 7 illik müqaviləsi var.

Bahar Rüstəm