“Barcelona”da iki ayrılıq

Bakı, 26 avqust, Sporaz.tv

İspaniya La Liqasında “BarcelonaVitor Roquenin “Real Betis“ə, Clement Lengletin isə “Atletico Madrid“ə icarəyə verildiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Barcelona” iki futbolçusunu icarəyə göndərib.

Kataloniya komandasının verdiyi açıqlamada Vitor Roquenin mövsümün sonuna qədər La Liqa komandalarından olan “Real Betis”ə icarəyə verildiyi bildirilib. Açıqlamada növbəti mövsüm üçün kirayə və alqı-satqı variantının olduğu qeyd edilib.

Klubdan edilən digər açıqlamada isə Clement Lengletin “Atletico Madrid”ə icarəyə verilməsi ilə bağlı razılığın əldə edildiyi, mövsümün sonunda satın alma variantının olmadığı bildirilib. “Barcelona” hələ də “Leipzig”dən heyətinə qatdığı Dani Olmonu qeydiyyatdan keçirə bilməyib.

Maaş limitində yer olmadığı üçün Olmo ilə oynaya bilməyən “Barcelona”nın İlkay Gündoğan, Vitor Roque və Clement Lengletin gedişindən sonra yeni transferini rəsmiləşdirməsi gözlənilir.

Bahar Rüstəm