“Barcelona”da 2025-ci il üçün transfer planı

Bakı, 7 sentyabr, Sporaz.tv

La Liqada mövsümə çox yaxşı başlayan “Barcelona“, gələn il üçün transfer planları qurur. Kataloniya komandası klubları ilə müqavilələri yay transfer dövründə başa çatacaq Jonathan Tah ve Joshua Kimmichi heyətinə qatmaq istəyir.

Sporaz.tv məlumat verir ki, Hansi Flickin rəhbərliyi altında mövsümə 4 qoldan 4-ü ilə başlayan və La Liqada 12 xal toplayan “Barcelona” gələn ilki transfer üçün heyətinə 2 ulduz əlavə etməyi planlaşdırır.

“Barcelona”-nın gələn yay transferlərə daha az pul xərcləmək istədiyi və Jonathan Tah, Joshua Kimmichin ilk sıradakı hədəflər olduğu bildirilib.

Tah və Kimmichin klubları ilə müqavilələrini yeniləmək istəmədikləri, “Barcelona”-nın baş məşqçisi Hansi Flickin isə hər iki futbolçunu komandada görmək istədiyi bildirilib.

Real Madrid“-in də iki futbolçu ilə maraqlandığı bildirilirdi.

“Barcelona” yay transfer dövründə heyətini iki futbolçu ilə gücləndirib.

“Leypsid”-dən Dani Olmonu və “Jirona”dan Pau Viktoru transfer edən “Barcelona” 9 futbolçu ilə yollarını ayırıb. Kataloniya komandası 4 futbolçunu icarəyə göndərib.

Leave a Reply