“Barcelona” və “Real Madrid” “Qızıl top”da öz izlərini qoyurlar

Bakı, 5 sentyabr, Sporaz.tv

Avropa futbolunun ən nüfuzlu mükafatlarından olan “Qızıl top”-a namizədlər bəlli olub. Ən yaxşı kişi futbolçu mükafatı üçün geniş siyahıya “Real Madrid”-dən 7, ən yaxşı qadın futbolçu mükafatı üçün isə “Barcelona“-dan 8 futbolçu daxil edilib.

Sporaz.tv məlumat verir ki, “France Football” jurnalının hər il verdiyi “Qızıl top“-un 30 futbolçusunun siyahısı açıqlanıb.

“Real Madrid” və “Barcelona” ən yaxşı kişi və qadın futbolçuya veriləcək mükafat üçün açıqlanan geniş siyahıya damğasını vurdu.

“Qızıl top”-un sosial media hesabında açıqlanan ən yaxşı kişi futbolçular siyahısına “Real Madrid”-dən Jude Bellingham, Federico Valverde, Toni Kroos, Vinicius Jr, Dani Carvajal, Kylian Mbappe və Antonio Rüdiger daxil edilib.

Real Madrid“-dən siyahıda olan 7 futbolçudan 6-sı ötən mövsüm La Liqa, Çempionlar Liqası və İspaniya Kubokunun qalibi olub. Kylian Mbappe yay transfer pəncərəsi zamanı İspaniya nəhəngi ilə müqavilə imzaladı və UEFA Super Kubokunda ilk kubokunu qazandı.

Bu adlarla yanaşı, La Liqada çıxış edən Nico Williams, Dani Olmo, Dani Carvajal, eləcə də ispaniyalı futbolçular Rodri və Alejandro Grimaldo siyahıda yer tapıb. 6 futbolçunun hamısı 2024-cü il Avropa çempionatında çempionluq qazanan İspaniyanın heyətində yer alıb.

Ən yaxşı qadın futbolçu mükafatı üçün müəyyənləşən siyahıya “Barcelona”-nın 8 futbolçusu daxil edilib. Ötən il mükafatı qazanan Aitana Bonmati ilə yanaşı, 2 dəfə “Qızıl top”-un sahibi Alexia Putellas, Lucy Bronze, Mariona Caldantey, Caroline Graham Hansen, Patri Guijarro, Ewa Pajor ve Salma Paralluelo da namizəd olublar.

Ötən mövsüm ardıcıl 5-ci dəfə İspaniya Qadınlar Futbol Liqasının qalibi olan “Barcelona”, Superkubok və İspaniya Kubokunda, eləcə də Çempionlar Liqasında qələbə qazanıb. Kataloniya komandasında yay transfer dönəmində Lucy Bronze “Chelsea”(Çelsi)-yə, Mariona Caldentey “Arsenal”-a, Ewa Pajor isə “Wolfsburg”(Volfsburq)-dan komandaya keçib.