“Barcelona” tarixinə düşən imza

Bakı, 17 sentyabr, Sporaz.tv

Barcelona” dünyanın ən yaxşı qadın futbolçusu hesab edilən Aitana Bonmati ilə müqaviləni 2028-ci ilə qədər uzadıb. Bonmati yeni müqaviləsi ilə tarix yazdı. İspan futbolçu qadın futbolunda ən çox qazanan idmançı olub.

Sporaz.tv xəbər verir ki, “Barelona” öz akademiiyasında yetişən və klubun əfsanələrindən birinə çevrilən futbolçusu Aitana Bonmati ilə müqaviləni uzadıb. Ulduz futbolçu 2028-ci ilə qədər Kataloniya komandasının formasını geyinəcək. Bonmatinin müqaviləsi qadın futbolunda tarix yazdı.

ESPN-in məlumatına görə, bu müqavilə ilə Aitana Bonmati qadın futbolu tarixində ən çox maaş alan futbolçu olub. Avropanın aparıcı klublarından olan “Chelsea” və bir neçə başqa klubu rədd edən Bonmatinin müqaviləsində 3 milyon avroluq sərbəst qalma maddəsi var.

Bonmati 2022-2023-cü illərdə Qızıl top və FİFA tərəfindən ilin ən yaxşı qadın futbolçusu mükafatlarını qazanıb. 2016-cı ildən əsas komandada çıxış edən 26 yaşlı futbolçu 5 liqa, 3 Çempionlar Liqası çempionu olub.

Bahar Rüstəm

Leave a Reply