“Barcelona” tarixinin ən çox oyun keçirən ikinci qapıçısı

Bakı,14 may,Sporaz.tv

Mark-Andre ter Ştegen İspaniyanın “Barcelona” klubunda ən çox oyun keçirən ikinci qapıçı olub.

Sporaz.tv məlumat verir ki, bu, La Liqanın 35-ci turunun “Barcelona” – “Real Sociedad” matçında gerçəkləşib.

Marc-André ter Stegen Kataloniya təmsilçisinin heyətində 410-cu oyununu keçirib. O, bu nəticə ilə komandanın keçmiş qapıçısı Andoni Zubizarretanı geridə qoyub. “Barcelona”da ən çox oyun keçirən qapıçı ünvanı hələ ki Viktor Valdes (535) məxsusdur.

“Barcelona”nın əcnəbi futbolçuları arasında ən çox oyun keçirən isə Lionel Messidir (778).

Qeyd edək ki, “Barcelona” – “Real Sociedad matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.