“Barcelona” səfərdə “Girona” ilə oyuna çıxıb

Bakı, 15 sentyabr, Sporaz.tv

La Liqanın 5-ci həftəsində “Girona” və “Barcelona” üz-üzə gəlib. Qonaq komanda “Barcelona” 4-1 hesabı ilə qalib gəlib.

Sporaz.tv xəbər verir ki, La Liqanın 5-ci həftəsində “Girona” Hansi Flickin komandası “Barcelona”nı qəbul edib.

Görüşdə “Barcelona” 4-1 hesabı ilə qalib gəlib. Qalib qollar; 30 və 37-ci dəqiqədə Yamaldan, 47-ci dəqiqədə Olmodan, 64-cü dəqiqədə Pedridən gəldi. “Girona”nın yeganə qolunu 83-cü dəqiqədə Stuani vurub.

Bu nəticə ilə “Barcelona” 5-ci qələbəsini qazanaraq liderliyini davam etdirib. “Barcelona” bu görüşlərdə 17 qol vursa da, öz qapısından cəmi 4 top buraxıb.

Ötən mövsümün parlaq komandası olan “Girona” 5 həftədən sonra 7 xalla qalıb. “Barcelona”da Robert Lewandowski, komandası ilə 100-cü dəfə meydanda oynadı.

Bahar Rüstəm

Leave a Reply