“Barcelona” komandasının qapısı üçün həll yolu axtarır

Bakı, 23 sentyabr, Sporaz.tv

İspaniya La Liqasında “Barcelona“, Marc-Andre ter Stegenin zədəsindən sonra qapıçı problemi yaranıb. Kataloniya komandası üçün ilk variant İnaki Penanın ara transfer dövrünə qədər qapını qorumasıdır. “Barcelona” öz siyahısına azad agent qapıçı da əlavə edə bilər.

Sporaz.tv məlumat verir ki, La Liqada yoluna itkisiz davam edən “Barcelona”, dünən səfərdə “Villarreal“-ı fərqlə məğlub edib. Rəqibini 5-1 hesabı ilə məğlub edən Hansi Flickin komandası 6-dan 6-ya çıxaraq əzəli rəqibi “Real Madrid”-lə 4 xallıq fərqi qoruyub.

Robert Levandovski (2), Raphinha (2) və Pablo Torre “Barcelona”-ya səfərdə “Villarreal” üzərində qələbə qazandıran qolları vurub.

Mark-Andre ter Ştegen Barselonada keçirilən matçın ilk yarısında zədələnib. Təcrübəli qolkiper, dizindən zədələndikdən sonra yan tərəfə gəlib. İspan mətbuatında çıxan xəbərlərdə Stegenin diz qapağında problem olduğu və mövsümü bağlaya biləcəyi bildirilib. “Barselona”nın bu gün rəsmi açıqlama verəcəyi gözlənilir.

“Barcelona” Marc-Andre ter Ştegeni əvəz edə biləcək namizədləri dəyərləndirməyə başlayıb. Bir müddət “Galatasaray“(Qalatasaray)-da çıxış edən İnaki Penanın hazırda qısa müddətdə qapıçı vəzifəsinə keçə biləcək ilk namizəd olduğu bildirilib.

Xəbərdə, “Barcelona”-nın transfer pəncərəsi bağlandığı üçün heyətinə başqa klubdan qapıçı əlavə edə bilməyəcəyi, lakin sərbəst statusda olan adlardan biri ilə müqavilə bağlaya biləcəyi bildirilib.

Qeyd olunub ki, “Barcelona”-nın siyahısında yer alan namizədlər arasında “Beşiktaş”-ın keçmiş qapıçılarından Loris Kariusla yanaşı, Keylor Navas, Edgar Badia, Jordi Masip və Tomas Valcik də var.

Hansi Flickin komandasının sərbəst oyunçulardan biri ilə müqavilə imzalaya bilməyəcəyi və fasiləyə qədər İnaki Pena ilə davam edə biləcəyi, ara transfer dövründə isə qapıçı transferinin gündəmdə ola biləcəyi bildirilib.

Leave a Reply