Bakı, 10 oktyabr, Sporaz.tv
İspaniyanın “Barcelona” klubunun və Braziliya millisinin keçmiş oyunçusu Ronaldinho ABŞ klubu “Greenville Triumph”-un səhmdarı olub.
Sporaz.tv xəbər verir ki, Cənubi Carolina təmsilçisi 2018-ci ildə yaradılıb və ABŞ-nin III Liqasında çıxış edir.
44 yaşlı keçmiş yarımmüdafiəçi futbolun inkişafına dəstək üçün belə addım atdığını bildirib.
Qeyd edək ki, Ronaldinho 2018-ci ildə karyerasını başa vurub. O, Braziliyada “Qremio”, “Flamengo“, “Atletico Mineiro“, “Fluminense”, Fransada “PSG”, İspaniyada “Barcelona”, İtaliyada “Milan” və Meksikada “Queretaro” klublarında forma geyinib.
Mənbə: Report