“Barcelona” klubu heyətini gücləndirir

Bakı,10 may,Sporaz.tv

İspaniyanın “Barcelona” klubu “Betis”in argentinalı yarımmüdafiəçisi “Guido Rodríguez”(Quido Rodriges)lə ilkin müqavilə imzalayıb.

Sporaz.tv xarici mediaya istinadən məlumat verir ki, 30 yaşlı futbolçu kataloniyalılara iyunda azad agent kimi qoşulacaq.

Rodriguesin “Jirona”ya qayıdacağı deyilən Oriol Romeunun yerinə transfer olunduğu bildirilib.

Qeyd edək ki, 2022-ci ildə Argentina millisinin heyətində Qətərdə keçirilən dünya çempionatının qalibi olan Q.Rodriges 2020-ci ilin yanvarından “Betis”in formasını geyinir.

Mənbə:Report