Bakı, 26 oktyabr, Sporaz.tv
İspaniya La Liqasında XI turun mərkəzi görüşü keçirilib.
Sporaz.tv xəbər verir ki, “Real Madrid” öz meydanında əzəli rəqibi “Barcelona”nı qəbul edib.
“Santiago Bernabéu”-da keçirilən mövsümün ilk “El Clásico”su qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Barcelona”nın heyətində 54 və 56-cı dəqiqələrdə fərqlənən Robert Lewandowski, gecənin MVP-si olub.
77-ci dəqiqədə Lamine Yamal, 84-cü dəqiqədə isə Raphael komandasını sevindirməyi bacarıb.
Bu nəticədən sonra xallarını 30-a çatdıran “Barcelona” turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.