“Barcelona” azad qapıçı transferinə hazırlaşır

Bakı, 23 sentyabr, Sporaz.tv

Bir müddət klubsuz qalan Keylor Navas üçün “Barcelona“nın olma ehtimalı üzə çıxıb.

Sporaz.tv xəbər verir ki, “Barcelona” Marc-Andre ter Stegenin ciddi zədəsi səbəbindən tez bir zamanda əvəzedici qapıçı cəlb etmək qərarına gəlib.

Kosta-Rika millisinin qapıçısı Keylor Navas da “Barcelona”ya transfer oluna biləcək adlardandı.

37 yaşlı təcrübəli qolkiperin transferi asanlaşdırmaq üçün böyük maaş tələb etməyəcəyi də iddia edilirdi.

Ötən mövsüm “Paris Saint-Germain” forması ilə cəmi 6 matça çıxan Navas; O, 7 qol buraxsa da, 2 matçda qapısını təmiz saxlayıb.

Bahar Rüstəm

Leave a Reply