“Barcelona” Acun Ilıcalının şahzadəsini istəyir

Bakı, 25 iyun, Sporaz.tv

BarcelonaAcun Ilıcalının sahibi olduğu “Hull City“nin ulduzu Jaden Philogene ilə maraqlanır. Kataloniya nəhənginin 22 yaşlı futbolçunu almaq opsiyonu ilə icarəyə götürmək istədiyi iddia edilirdi.

Sporaz.tv xəbər verir ki, “Barcelona” İngiltərə çempionatında çıxış edən “Hull City”də çıxış edən Jaden Philogene üçün hərəkətə keçib.

“Barcelona” 22 yaşlı futbolçunu yaxından qeyd edib. Kataloniya nəhənginin baha başa gəldiyinə görə Nico Williamsın transferindən vaz keçdiyi, satın alma opsiyasıyla Philogeneni icarəyə götürmək istədikləri bildirilib.

“Hull City” ilə 2026-cı ilə qədər müqaviləsi olan Jaden Philogene İngiltərə təmsilçisi ilə 32 oyun keçirib. Gənc ulduz bu matçlarda 12 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bahar Rüstəm