Baniya mavi-göy kluba faydalı olmaq istəyir

Bakı,30 may,Sporaz.tv

Trabzonspor“un müdafiəçisi Rayyan Baniya bordo-mavililərin heyətində istedadını nümayiş etdirərək komandaya faydalı olmaq istədiyini bildirib.

Sporaz.tv xəbər vrir ki, “Trabzonspor” jurnalına verdiyi müsahibədə Baniya çox əhəmiyyətli bir klubun bir parçası olduğunu ifadə edərək, “Buraya Fatih Karagümrükdən gəldim və bu, mənim üçün növbəti mərhələyə keçmək deməkdi” dedi.

Gəldiyi zaman çox həyəcanlı olduğunu və bu həyəcanı heç vaxt itirmədiyini bildirən Baniya, “Məqsədim bu gözəl klubda yaxşı oynamaq, özümü və istedadlarımı göstərmək, faydalı olmaqdır. Buna mütləq nail olacam. Mən də istəyirəm. Bu klubda kuboklar qazanmaq üçün Trabzonluların kubokları nə qədər arzuladığını bilirəm.” qeyd etdi.

Anası türk, atası Beninli olan futbolçu, İtaliyada doğulduğunu və 22 yaşına qədər orada yaşadığını açıqlayaraq, düşüncə tərzinin və yemək zövqünün daha çox türk olduğunu bildirib.

Matçlara yaxşı konsentrə olmağa çalışdığını ifadə edən Baniya, “Buna mane olacaq şeylərdən uzaqlaşıram, çünki uğurun yolu diqqəti toplamaqdır. Bu mənada dua mənim üçün çox xeyirlidir. Dua edirəm. Mən də mobil telefonuma baxmamaq üçün çalışıram. ”-dedi.

13-14 yaşında cinah oyunçusu olduğuna diqqət çəkən Baniya fikirlərini belə bölüşüb: “Çünki indiki qədər uzun boylu deyildim. Çox sürətli idim və məşqçimiz məni qaçmaq üçün cinahda oturtdu. Sürətimlə fərq yaradırdım və çoxlu qollar vurdum. 17 – 18 yaşımda, birdən-birə böyüməyə başladım, o zaman ki, məşqçimiz məni müdafiədə sınadı.