Balotellinin yeni dayanacağı Braziliyadır

Bakı, 12 iyul, Sporaz.tv

Mario Balotellinin yeni dayanacağı Cənubi Amerikadır. “Adana Dəmirspor“la müqaviləsi başa çatan italiyalı futbolçu, Braziliyanın Corinthians (Korintians) klubu ilə prinsipial anlaşıb.

Sporaz.tv xəbər verir ki, Mario Balotelli yeni macəraya başlayır. “Adana Dəmirspor”la müqaviləsi başa çatan məşhur futbolçu Braziliyanın Corinthians (Korintians) komandası ilə əl sıxıb.

Fransa mətbuatında çıxan xəbərdə tərəflər arasında danışıqların yekunlaşdığı və Mario Balotellinin bir neçə gün ərzində yeni klubu ilə müqavilə imzalayacağı bildirilib.

Corinthians (Korintians), italyan mərkəz hücumçusunun karyerasında 12-ci komanda olacaq. Daha əvvəl İtaliya, İngiltərə, Fransa, Türkiyə və İsveçrədə çıxış edən məşhur futbolçu, ilk dəfə Avropadan kənar bir ölkədə çıxış edəcək.

Karyerasında 1 Çempionlar Liqası Kuboku, 3 Serie A və 1 Premyer Liqa çempionluğu yaşayan Balotelli, iki fərqli dövrdə “Adana Dəmirspor”da çıxış edib.

İtaliyalı ulduz ,ötən mövsüm mavi-qara forma ilə Super Liqada 16 matçda 7 qol vurub, 1 məhsuldar ötürmə edib. Məşhur mərkəz hücumçusu ,həmçinin, 2010-2018-ci illər arasında İtaliya millisinin heyətində 36 dəfə meydana çıxıb, 14 qol vurub, 5 məhsuldar ötürmə edib.