“Balotelli gəlir” söz-söhbətləri bitti

Bakı, 2 oktyabr, Sporaz.tv

İspaniya 3-cü Liqasının 2-ci Qrup komandası olan “İntercity”, Mario Balotellini transfer etməyə yaxındır. İtalyan futbolçunun transfer xəbərindən sonra birjada satılan klubun səhmlərində nəzərəçarpacaq artım olduğu bildirilib.

Sporaz.tv məlumat verir ki, “Adana Demirspor”-la yollarını ayırdıqdan sonra heç bir klubla müqavilə imzalamayan Mario Balotellinin yeni ünvanının “Intercity” olacağı iddiaları günü-gündən güclənir. Bu iddialar klubun birjadakı səhmlərində də özünü göstərir.

İspaniya 3-cü Liqa 2-ci qrup komandası olan “İntercity”, Mario Balotellini heyətinə qatmaq üzrədir. 34 yaşlı futbolçunun transfer iddialarından sonra “Intercity”-nin səhmlərində 13 faiz artım olduğu bildirilib. İmzaların ən geci ara transfer dövründə həyata keçiriləcəyi gözlənilir.

Balotelli ötən mövsüm “Adana Dəmirspor”-da 13 matçda forma geyinib. İtaliyalı futbolçu bu matçlarda 7 qol vurub, 1 məhsuldar ötürmə edib.