“Baku Fire” “MFC Astana” klubu ilə yoldaşlıq matçı keçirib

Bakı, 9 avqust, Sporaz.tv

Baku Fire Fc” Qazaxıstanın “MFC Astana” futzal klubu ilə qarşılaşıb.

Sporaz.tv xəbər verir ki, Qazaxıstanın yüksək liqasında çıxış edən “MFC Astana” klubu Bakıda təlim-məşq toplantısı çərçivəsində “Baku Fire” ilə yoldaşlıq oyunu keçirib.

Futzalçılar arasında keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 üstünlüyü ilə başa çatıb. “Baku Fire”də Nurlan Mehdizadə və Fərid Abbasov fərqlənməyi bacarıb. Rəqib komandanın heyətində yeganə qolun müəllifi isə braziliyalı Caio Matheus olub.