B qrupunda ilk oyunlar keçirilib

Bakı, 16 iyun, Sporaz.tv

Futbol üzrə 2024-cü il Avropa çempionatının (AVRO 2024) B qrupunda ilk oyunlar başa çatıb.

Sporaz.tv xəbər verir ki, B qrupunun ilk oyununda İspaniya, Berlində Xorvatiyanı 3:0 hesabı ilə geridə qoyub.

Qrupda günün ikinci oyununda son çempion İtaliya, Albaniyanı geriyə düşdüyü qarşılaşmada 2:1 hesabı ilə məğlub edib.

B qrupunda ilk oyunların yekununda liderlik kürsüsündə İspaniya olub.

Qrupun ikinci oyunlarında Xorvatiya-Albaniya və İspaniya-İtaliya oyunları keçiriləcək.

İlk oyunlardan sonra B qrupunda vəziyyət belədir:

İspaniya: 3

İtaliya: 3

Albaniya: 0

Xorvatiya: 0