Bəzi prospektlər nəqliyyatın hərəkəti üçün məhdud olacaq

Bakı, 24 avqust, Sporaz.tv

24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət “Formula 1” Azərbaycan Qran-Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri ilə bağlıdır.

Qeyd edək ki, 13-15 sentyabr tarixlərində Bakıda “Formula 1” Azərbaycan Qran-Prisi 2024 baş tutacaq.