“Neftçi”nin futbolçusu:”Futbol bizi cəzalandırdı”

Misli Premyer Liqasının XIII turunda “Şamaxı” səfərdə “Neftçi”-nin qonağı olub.

Sporaz.tv xəbər verir ki, 2-2 hesabı ilə bitən qarşılaşmadan sonra “Neftçi”nin üzvü Höcət Haqverdiyev oyunla bağlı təəssüratlarını bölüşüb:

Oyun haqqında düşüncələriniz?

-Biz oyundan əvvəl çətin matç olacağını gözləyirdik. Amma düşünürəm ki, matçın ilk 10 dəqiqəsində yetərincə yaxşı oynadıq. Erkən vurduğumuz 2 qol mental olaraq çox yaxşı təsir etdi. 2 qoldan sonra “yatmağımız” səhv oldu. Amma rəqib oyun ərzində aqressiv idi. Mübarizə apardı. İkinci hissə biz ancaq müdafiədə oynadıq. Rəqib inanılmaz dərəcədə təziqi artırdı. Biz bu oyunu qazana bilərdik. Təəssüflər olsun ki, alınmadı.

İlk 3 dəqiqdə 2 qol vursanız da, sonra qol gəlməməsinin səbəbi nədir?

-Bu futboldur. Hər şey ola bilər. Daha çox qol vura bilərdik. 90 dəqiqə ərzində qapıya dəfələrlə zərbə vurduq. Amma bəxt bizdən yana olmadı. Məncə, ilk qollardan sonra rahatlamağımıza görə futbol bizi cəzalandırdı.

Milli fasilədən sonra “Zirə” və “Qarabağ”-la ağır matçlar var. Bu oyunla həmin matçları qazana biləcəksinizmi?

-Çətin oyunlar olacaq. İlk “Zirə” ilə oynayacağıq. Amma hər iki oyun bizim üçün əhəmiyyətlidir. Futboldur. Hər oyun fərqlidir. Şərtlər fərqlidir. “Zirə”-yə qarşı 3 xal qazana biləcəyimizə ümid edirəm. Həmçinin “Qarabağ”-a qarşı.

Bahar Rüstəm

Leave a Reply