Bakı, 11 avqust, Sporaz.tv
İspaniya “Barcelona”sının B komandası azərbaycanlı qapıçını transfer edib.
Sporaz.tv xəbər verir ki, Eldar Tağızadə, “Barcelona Atletic”-in şərəfini qoruyacaq.
Belə ki, 21 yaşlı qapıçı, azad agent kimi İspaniya klubunda çıxış edəcək.
Klubla idmançı arasında imzalanan rəsmi müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdir. Tağızadənin son klubu iyulun əvvəlində tərk etdiyi “Lugo B Polvorin” olub.
Qeyd edək ki, “Barcelona Atletic” Primera Federasiyasında (İspaniyanın Primera və Sequndadan sonra üçüncü ən güclü futbol liqası) çıxış edir. Ötən mövsüm komanda üçüncü yeri tutmuşdu.