Bakı, 1 noyabr, Sporaz.tv
Azərbaycanın qadın ağırlıqqaldıranı Rahilə Hüseynzadə (81 kq) Polşanın Raşin şəhərində baş tutan gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində iştirak edib.
Sporaz.tv xəbər verir ki, qitəmiqyaslı yarışda Azərbaycanın yeganə qadın təmsilçisi birdənqaldırmada 85 kq, təkanlaqaldırmada isə 107 kq nəticə gostərib.
Rahilə Hüseynzadə toplamda 192 kq (85+107) göstərici ilə 8-ci pillədə yer alıb.
Qeyd edək ki, yarış noyabrın 4-də bitəcək.