Azərbaycanda “Futbol Klublarının İqlim Alyansı” yaradılıb

Bakı, 16 noyabr, Sporaz.tv

Bu il Bakıda təşkil olunmuş COP-29 tədbirində, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının dəstəyi ilə Azərbaycanın Qarabağ Klubu və Avropa Klublar Assosiasiyasının birgə təşkilatçılığı ilə yeni yaradılmış “Futbol Klubları İqlim Alyansı”nın təqdimatı keçirilib.

Sporaz.tv xəbər verir ki, Alyansda “Qarabağ”-dan başqa, İngiltərənin “Liverpool” və “Tottenham”, İspaniyanın “Atletico Madrid” və “Real Betis”, İtaliyanın “Udinese”, Portuqaliyanın “Porto”, Braziliyanın “Flamengo” və İsveçin “Malmö”, Türkiyənin isə “Galatasaray” və Fenerbahçe (Fənərbaxça) komandaları da yer alıb.

Təqdimat tədbirində baş məşqçi Fatih Terim də xüsusi qonaq kimi iştirak edib.

Alyansda iştirak edən komandalar iqlim məsələsinə daha çox həssaslıq göstərəcək və bununla bağlı layihələr həyata keçirəcək.

Leave a Reply