Azərbaycan Premyer Liqası:Bu gün V turun daha 2 oyunu keçiriləcək

Bakı, 31 avqust, Sporaz.tv

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək.

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, ilk matçda “Şamaxı” və “Neftçi” komandaları üz-üzə gələcək. Şamaxı şəhər stadionunda oynanılacaq görüş saat 17:00-da başlayacaq.

Hazırda meydan sahibləri 4 xalla 7-ci, paytaxt klubu 3 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci matçında “Kəpəz” Tovuz şəhər stadionunda “Sabah”ı qəbul edəcək. Oyun 19:30-da start götürəcək.

Aktivində xalı olmayan Gəncə təmsilçisi 10-cu, bakılılar isə 7 xalla 2-ci sırada yer alıb.

Qeyd edək ki, tura sentyabrın 1-də keçiriləcək “Zirə” – “Qarabağ” matçı ilə yekun vurulacaq. Turun əvvəlki oyunlarında “Turan Tovuz” evdə “Səbail”i, “Araz-Naxçıvan” isə səfərdə “Sumqayıt”ı məğlub edib.