Azərbaycan Premyer Liqası: “Kəpəz” klubu məğlub olub

Bakı, 28 sentyabr, Sporaz.tv

Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda “Zirə” “Kəpəz“-i məğlub edib.

Sporaz.tv məlumat verir ki, paytaxt təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.

42-ci dəqiqədə Ceyhun Nuriyev, 51-ci dəqiqədə Rüstəm Əhmədzadə, 57-ci dəqiqədə Davit Volkov fərqləniblər.

“Qartallar” bu nəticədən sonra 15-ci xalını qazanıb və ikinci sıradakı “Qarabağ”-a çatıb. Bütün görüşlərdə uduzan “Kəpəz” sonuncu – 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər qarşılaşmasında “Neftçi” “Sumqayıt“-ı qəbul edəcək. ötən gün “Araz-Naxçıvan” “Səbail”-i məğlub edib – 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.

Leave a Reply