Azərbaycan millisindən biabırçı məğlubiyyət

Bakı, 20 noyabr, Sporaz.tv

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının cari mövsümündəki son oyununa çıxıb. 

Sporaz.tv xəbər verir ki, Fernando Santosun rəhbərlik etdiyi millimiz səfərdə İsveçin qonağı olub. Görüş rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:0.

Aktivində 1 xalı olan millimiz qrupda sonuncu – 4-cü yeri tutub. Bununla da Azərbaycan millisi Millətlər Liqasında yer aldığı C Liqasından D Liqasına yuvarlanıb.

Leave a Reply