Azərbaycan millisi səfərdən qayıtdı

Bakı, 12 iyun, Sporaz.tv

Milli komandamız Macarıstanda keçirilən yoldaşlıq görüşlərindən sonra vətənə geri qayıdıb.

Sporaz.tv xəbər verir ki, millimiz Macarıstanda hazırlıq matçları çərçivəsində keçirilən matçları başa vurub. Albaniyaya 3:1 hesabla məğlub olan komandamız, Qazaxıstana qarşı 3:2 hesabla əzmkar qələbə qazanıb. Qolları 42-ci dəqiqədə Mahir Emreli, 51-ci dəqiqədə Emin Mahmudov, 73-cü dəqiqədə Toral Bayramov vurub. Səfərdən geri qayıdan milimizin üzvərini hava limanında “Göyqurdlar” azarkeş birliyi və digər azarkeşlər qarşılayıb.

Bahar Rüstəm