Bakı, 19 noyabr, Sporaz.tv
Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının cari mövsümündəki son oyununa çıxacaq.
Sporaz.tv xəbər verir ki, Fernando Santosun rəhbərlik etdiyi komanda səfərdə İsveçin qonağı olacaq. 5 turdan sonra 1 xalı olan millimiz qrupda sonuncu, İsveç isə 13 xalla birincidir.
Qrup sonuncusu kimi D Liqasına düşməmək üçün milli komandamız bu gün səfərdə İsveçə qalib gəlməlidir.