Azərbaycan millisi Estoniya və İsveçlə matçlara tam heyətlə hazırlaşır

Bakı, 12 noyabr, Sporaz.tv

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının C Divizionunda Estoniya və İsveç yığmalarına qarşı keçirəcəyi oyunlara hazırlığı davam etdirir.

Sporaz.tv AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün baş məşqçi Fernando Santosun rəhbərliyi altında Qəbələdə növbəti məşqini keçirib.

Hazırlıq prosesində bütün futbolçular iştirak ediblər.

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniya seçməsini qəbul edəcək millimuz bundan 3 gün isə sonra Solna şəhərində İsveç yığmasının qonağı olacaq.

Leave a Reply