Azərbaycan millisi Avropa Media Kubokunun qalibi olub

Bakı, 19 may, Sporaz.tv

Azərbaycanın jurnalistlərdən ibarət minifutbol komandası Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avropa Media Kubokunun qalibi olub.

Sporaz.tv  xəbər verir ki, təmsilçimiz finalda Rumıniya millisi ilə qarşılaşıb və 7:4 hesablı qələbə sayəsində ilk dəfə çempion tituluna yiyələniblər.

 təmsilçimiz əvvəlcə yer aldığı B qrupunu birinci pillədə başa vurub.

Yığmamız daha sonra yarımfinalda Gürcüstan komandası ilə qarşılaşıb və qələbə qazanıb – 4:2.

Azərbaycanın finaldakı rəqibi Rumıniya yığması olacaq.

Vüqar ALIŞOV

Mənbə “Report.az”