Bakı, 12 sentyabr, Sporaz.tv
AVRO- 2026-nın Futzal klublarının əsas mərhələsinin V qrupunun təqvimi müəyyənləşib.
Sporaz.tv məlumat verir ki, Azərbaycan futzal millisi mübarizəyə dekabr ayının əvvəlində doğma meydanda start götürəcək. Təqvimə əsasən komandamız son qarşılaşması da paytaxtda baş tutacaq.
Məlumata əsasən, qrup mərhələsindən qalib ayrılan komanda, final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-off mərhələsində üz-üzə gələcək. Qalib komandadan 4-ü milli final mərhələsində oynamaq hüququna malik olacaq.
Final mərhələsi 2026-cı ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacağı müəyyənləşib.
11 dekabr
İsveç- Yunanıstan
17 dekabr
Azərbaycan- İsveç
31 yanvar
Xorvatiya- Azərbaycan
4 Fevral
İsveç- Xorvatiya
Azərbaycan- Yunanıstan
7 mart
Yunanıstan- Xorvatiya
11 mart
Xorvatiya- İsveç
Yunanıstan- Azərbaycan
11 aprel
İsveç- Azərbaycan
Xorvatiya- Yunanıstan
15 aprel
Azərbaycan- Xorvatiya
Yunanıstan-İsveç