Bakı, 4 noyabr, Sporaz.tv
Basketbol üzrə Azərbaycan çempionatında III tur başa çatıb.
Sporaz.tv xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub. “Sabah” “Abşeron”u 75:59, “Şəki” isə “Sumqayıt”u 101:61 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun digər oyunlarında “Naxçıvan” “Sərhədçi”ni 83:66, NTD “Neftçi”ni 66:63, “Gəncə” “Ordu”nu 82:61, “Lənkəran” isə “Quba”nı 86:81 hesabı ilə üstələyib.