Aziz Yıldırımdan Daum üçün başsağlığı mesajı

Bakı, 25 avqust, Sporaz.tv

Fenerbahçe“niin sabiq prezidentlərindən olan Aziz Yıldırım vəfat edən məşqçi Christoph Daum üçün başsağlığı yazıb.

Sporaz.tv xəbər verir ki, Aziz Yıldırım “Fenerbahçe”nin sabiq baş məşqçisi Christoph Daum üçün başsağlığı yazıb.

Aziz Yıldırım bu ifadələrdən istifadə edib:

“Fenerbahçe”nin 2003-2004 və 2004-2005 çempionatlarında komandamızın məşqçisi olmuş və futbol komandamıza fərdi futbol anlayışını aşılayan dəyərli futbolçu Christoph Daumun vəfat xəbərini dərin hüznlə öyrəndim.

Allah məşqçimiz Christoph Dauma rəhmət eləsin, onun dəyərli ailəsinə, yaxınlarına, əzizlərinə və ictimaiyyətimizə başsağlığı verirəm”.

Aziz Yıldırım 2003-2006 və 2009-2010-cu illərdə “Fenerbahçe”nin prezidenti olduğu dövrdə Daumu baş məşqçi təyin edib.

Alman çalışdırıcı sarı-göylülərin heyətində 2 Superliqa və 1 Türkiyə Superkubokunun qalibi olub.

Bahar Rüstəm