Aziz Yıldırımdan Ali Koça “İzmir çetesi” açıqlaması

Bakı,24 may,Sporaz.tv

Fenerbahçe“nin prezidentliyə namizədlərindən olan Aziz Yıldırım Silivri və Ətraf Dərnəklər Toplantısında açıqlama verib. Seçkilərdə rəqib olacağı “Fenerbahçe” prezidenti Ali Koçu hədəfə alan Yıldırım, “İzmirli bir dəstə var, sən dəstəni tanıyırsan, “Fenerbahçe” prezidentisən, kökünü kəs” deyib. Yıldırım seçiləcəyi təqdirdə çempion olacağına da söz verib.

Sporaz.tv xəbər verir ki,  Prezidentliyə namizədlərdən Aziz Yıldırım “Fenerbahçe”də tarixi seçki öncəsi açıqlamalar verib. Silivri və Ətraf Dərnəklər Yığıncağında çıxış edən Aziz Yıldırımın açıqlamaları belədir:
“Borc hesablayırlar, gəliri isə mənə yazmırlar. Stadionu 100 milyon dollara tikmişik, ildə 40 milyon dollara gəlir. Borcu siz yazın, mənə də yazın”.
“Çempion olacağıma söz vermirəm” deyir, mən olanda çempion olmazlar. Onda niyə namizədsən?Çempionluğa söz verirəm”.
İzmir çetesi var. Dəstəni tanıyırsan, sən “Fenerbahçe” prezidentisən, kökünü kəs. Mən orda olarkən Özgür Yankaya gələ bilməz dedim, amma 5 il gələ bilmədi. Getdim dərhal bizimkini verdilə”.
“Rəhbərliyin etdiyi yaxşı işlərə görə təşəkkür edirəm. Fenerbahçelilər olaraq biz xoşbəxtik”.
“Fenerbahçe” ən böyükdür. Hər kəs bunun fərqində olmalıdır. Uşaqlarımız indi sevinib məktəbə rahat getməlidir. Biz “Fenerbahçe”ni çempion etməyə gəlirik”.

Bahar Rüstəm