Aziz Yıldırımdan açıqlama

Bakı, 26 sentyabr, Sporaz.tv

Fenerbahçe“nin sabiq prezidentlərindən olan Aziz Yıldırım Serhat Akına silahlı hücumu pisləyib. Yıldırım Akına tezliklə sağalması diləyini çatdırıb.

Sporaz.tv xəbər verir ki, Aziz Yıldırım “Fenerbahçe”nin keçmiş futbolçularından Serhat Akına silahlı hücumu pisləyib. Binali Yıldırım hücumun səbəbkarlarının tez bir zamanda ortaya çıxmasını gözlədiyini bildirib.

Aziz Yıldırımın açıqlaması belədir:

“Bir vaxtlar futbol komandamızda çıxış edən və çempionatlarımıza töhfə verən keçmiş futbolçumuz Serhat Akına dünən gecə silahlı hücumu kədərlə öyrəndim.

Bu mənfur hücumu qətiyyətlə pisləyirəm.

Dövlətimizin aidiyyəti qurumlarından gözləntim budur ki, bu hücumu törədənlər və onun arxasında duranlar tez bir zamanda müəyyən edilsin, ictimaiyyətə açıqlansın və onların lazımi cəzalarını alması təmin edilsin.

Keçmiş futbolçumuz Serhat Akına tezliklə sağalmasını arzu edirəm”.

Bahar Rüstəm

Leave a Reply