Bakı, 5 sentyabr, Sporaz.tv
AFFA azarkeşlərinə görə “Zirə” klubuna xəbərdarlıq edib.
Sporaz.tv xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Buna səbəb Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”la oyunun 29-cu dəqiqəsində rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA hələlik xəbərdarlıqla kifayətlənib.
V turun “Sumqayıt” – “Araz Naxçıvan” oyununda 5 futbolçusu sarı vərəqə aldığına görə qonaqlar 700 manat cərimələnib.
“Şamaxı” – “Neftçi” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə bölgə təmsilçisi 800 manat cərimələnib.
AFFA “Kəpəz” klubunu da 800 manat cərimələyib. Buna V turun “Sabah”la matçı bitdikdən sonra meydana kənar şəxsin daxil olması səbəb olub.
Bahar Rüstəm