Azarkeşlər, 40 yaşlı Vagner Loveı ağlatıblar

Bakı, 8 sentyabr, Sporaz.tv

Beşiktaş“ın sabiq futbolçusu, Braziliyanın 2-ci Liqa komandası “Avai“də çıxış edən Vagner Love “Sport Recife”yə 2:0 hesabı ilə uduzduqları matçdan sonra tribunada azarkeşlərlə mübahisə edib. Vagner Love mübahisədən sonra ağlayaraq paltardəyişmə otağına gedib.

Sporaz.tv xəbər verir ki, Braziliya B Seriyasının 25-ci həftəsində Vaqner Lavın çıxış etdiyi “Avai” Ressacada stadionunda qəbul etdiyi “Sport Recife”yə 2:0 hesabı ilə məğlub olub.

Qarşılaşmadan sonra meydanda müsahibə verən Love müxbir sual verərkən azarkeşlərin reaksiyasına cavab vermədən müsahibə sahəsini tərk edərək tribunalara tərəf yollanıb.

Azarkeşlərlə mübahisə edən 40 yaşlı futbolçu “Avai”nin mətbuat xidmətinin əməkdaşının müdaxiləsi ilə tribunadan uzaqlaşıb, kapitan sarğısını çıxarıb və göz yaşları içində paltardəyişmə otağına yollanıb.

Vagner Love ötən ilin iyulunda transfer olunduğu “Avai”də indiyədək 11 oyun keçirib və 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bahar Rüstəm

Leave a Reply