“Azarkeşlərə çox da gözlənti içində olmamağı tövsiyə etmirəm”

Bakı, 26 sentyabr, Sporaz.tv

Bu sözləri UEFA Avropa Liqasının 1-ci turunda keçiriləcək “Tottenham” – “Qarabağ” matçından əvvəl idman eksperti Ceyhun Rzayev deyib.

Sporaz.tv açıqlamanı təqdim edir:

“Etiraf edək ki, “Qarabağ” və “Tottenham” eyni səviyyəli komanda deyil, səviyyə fərqi aşkar görünür. Biri Azərbaycan Premyer Liqası təmsilçisidir, digəri İngiltərə Premyer Liqasının güclü komandalarındandır. Onların futbolçularının fərdi hazırlığı, sürəti tamam fərqlidir. Bizim heyətdə onlarla ayaqlaşa biləcək 2-3 futbolçu var. Sadəcə, Elvin Cəfərquluyev və Olavio Juninho sürət baxımından rəqiblə uyğunlaşa bilər. Ona görə mən azarkeşlərə çox da gözlənti içində olmamağı tövsiyə etmirəm. Sadəcə bu oyuna baxıb, həzz almaq lazımdır. Əlbəttə ki, bu futboldur, “Qarabağ” öyrəndiyi futbolu oynayacaq, üslübuna sadiq qalacaq. Amma nə qədər alınacaq, nələr alınmayacaq bunu oyun ərzində görəcik. Mən sadəcə oyundakı abu-havadan həzz almağa çalışacam ki, bizim “Qarabağ” kimi komandamız, İngiltərə Premyer Liqasının ən yaxşı komandalarından birinə qarşı oynayır. Təmsilçimiz artıq, bu səviyyə çatır”.

Bahar Rüstəm

Leave a Reply