Bakı, 23 iyul, Sporaz.tv
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün səfərdə Cəbəllütariqin “Lincoln” klubu ilə qarşılaşacaq “Qarabağ” dəstəksiz qalmayacaq.
Sporaz.tv xəbər verir ki, bu barədə “Report”-a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Klub rəsmisi Cəbəllütariqdəki matçda elə də çox azarkeş gözlənilmədiyini vurğulayıb:
“Ümumilikdə 700-ə yaxın azarkeşin gəlməsi gözlənilir. Azərbaycandan isə maksimum 30 nəfər iştirak edəcək”.
Qeyd edək ki, “Linkoln” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.