Azərbaycan yığmaları Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər

Bakı, 25 may, Sporaz.tv

Bu gün kişi və qadın voleybolçulardan ibarət Azərbaycan yığmaları Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər.

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi qadın millisi ikinci turda Rumıniyada İsveçlə üz-üzə gələcək. Görüş Bakı vaxt ilə saat 17:30-da start götürəcək.

Yığma daha əvvəl Xorvatiyanı (3:0) məğlub edib, Slovakiya (1:3) və “Rumıniya (0:3) seçmələrinə isə uduzub.

Kişi voleybolçuların yığması isə Belçikada Şimali Makedoniya ilə qarşılaşacaq. Görüş Bakı vaxt ilə saat 19:30-da başlayacaq.

Fərid Cəlalovun başçılıq etdiyi komanda bundan əvvəl keçirdiyi oyunlarda Rumıniya, Ukrayna və Belçika yığmalarına eyni hesabla məğlub olub – 0:3.

Bu nəticədən sonra qadın yığması 3 xalla 9-cu, aktivində xalı olmayan kişilərdən ibarət kollektiv isə 12-ci pillədə qərarlaşıb.