Azərbaycan – Slovakiya matçının keçiriləcəyi stadion bəlli olub

Bakı, 29 iyul, Sporaz.tv

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.

Sporaz.tv “Report”-a istinadən  xəbər verir ki, C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 14-də təşkil olunacaq IV turun görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq.