Azərbaycan Premyerliqasında ilk avtoqol

Bakı, 21 sentyabr, Sporaz.tv

Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə ilk avtoqol qeydə alınıb.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, bu, VII turun “Qarabağ” – “Neftçi” matçında (4:0) yaşanıb.

Qonaqların futbolçusu Robert Bauer topu öz qapısına vurub. Bu, ölkə çempionatları tarixində 234-cü avtoqol olub.

“Neftçi” komandasının futbolçuları Azərbaycan çempionatlarında 25-ci dəfə topu öz qapısına vurublar. Bu, yarışın tarixində antirekorddur. “Qarabağ” isə 34-cü dəfə rəqib qoluna sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.

Qeyd edək ki, “Neftçi”-nin avtoqollarından 8-i “Qarabağ”-la görüşlərə təsadüf edib.

Leave a Reply