Azərbaycan Premyer Liqası:”Sabah” klubu qələbə qazanıb

Bakı, 1 sentyabr, Sporaz.tv

“Sabah” klubu Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, Bakı təmsilçisi bunu V turda “Kəpəz”ə qarşı oyunda gerçəkləşdirib.

Tovuz şəhər stadionunda keçirilən matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.Xaliq Mərdanovun müvəqqəti rəhbərlik etdiyi komandadan qolları Viktor Braqa (10) və Lassana Ndiaye (18) vurub. “Sabah” komandasından isə Coy-Lens Mikels (53-p.;85) və Cesse Sekidika (70) fərqlənib.

Qeyd edək ki, V tura sabah Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Qarabağ” görüşü ilə yekun vurulacaq.